Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” qrup mərhələsinin V turu çərçivəsində Ramon Sançes Pisxuan stadionunda “Sevilya”nın (İspaniya) qonağı oldu. Qarşılaşma əndəlusiyalıların 2-0 hesablı qələbəsi ilə başa çatdı. Paralel oynanılan görüşdə APOEL (Kipr) “Düdelanj”ı (Lüksemburq) məğlub edərək (2:0) 3-cü pillədə olan “köhlən atlar”ı 3 xal qabaqladı. Şəxsi görüşlərdə ağdamlıları üstələyən (2:1, 2:2) kiprlilər son turdan əvvəl qrup ikinciliyini təmin etdi. Qeyd edək ki, “Qarabağ” Avropa Liqasındakı sonuncu matçını 12 dekabrda, Tofiq Bəhramov adına Respublika Stadionunda “Düdelanj”a (Lüksemburq) qarşı keçirəcək.
|