Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşdi. 1 oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək:
3 dekabr (çərşənbə axşamı)
“Keşlə” – “Kəpəz” “ASCO Arena”, 15:00
4 dekabr (çərşənbə)
“Sabah” – “Ağsu” “Bank Respublika Arena” (ehtiyat meydança), 15:00
“Zirə” – “Qaradağ Lökbatan” Zirə İdman Kompleksinin stadionu, 14:00
“Sumqayıt” – “Zaqatala” “Kapital Bank Arena”, 17:00
Qeydlər: Püşkatmaya uyğun olaraq “Qaradağ Lökbatan” – “Zirə” görüşü hər iki komandanın razılığı əsasında “Zirə” - “Qaradağ Lökbatan” qarşılaşması kimi oynanılacaq. “Sabah” – “Ağsu” matçından başqa bütün oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
|