Topaz Premyer
Liqasının VI turunda Tovuza səfər edən “Qarabağ” kapitan Rəşad Sadıqovun son dəqiqələrdə
vurduğu qolla 3 xalı qazanan tərəf oldu – 1:0.
Qurban Qurbanov, “Qarabağ”
klubunun baş məşqçisi: “Çətin oyun oldu, komandada müəyyən psixoloji sıxıntı
var idi. O cümlədən də özümdə. Bizim ü,ün əsas 3 xalı qazanmaq idi, buna müdafiədə
diqqətli oyunla nail olduq. Komanda sona kimi mübarizə apardı, oyun intizamını
pozmadı. Qol vurmaq üçün imkanlar yaradırdıq. Hər iki komandaya gələcək
oyunlarda uğurlar arzulayıram”.
Əsgər Abdullayev, “Turan”
klubunun baş məşqçisi: “Futbolçularım meydanda əsl mübarizə apardılar, sona
kimi vuruşdular. Verdiyimiz tapşırıqları sona kimi yerinə yetirməyə
çalışdılar. Təəssüf ki, buna nail ola bilmədilər”.
|