“Neftçi”nin fransalı futbolçusu Baqali Dabo Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə qol hesabını açıb. Meydana çıxdığı əvvəlki 5 oyunda rəqib qapısına yol tapa bilməyən hücumçu “Zirə” ilə VIII turun ev görüşündə (3:0) fərqlənib. Bu, Baqali üçün yubiley qolu olub. O, Premyer Liqada 35-ci dəfə topu rəqib qapısından keçirib. Bu qollardan 15-i “Neftçi”nin heyətində vurulub. İlk dəfə 2016/17 mövsümündə fərqlənən fransalı digər 20 qolunu “Qəbələ”nin heyətində vurub. “Zirə” ilə görüş həm də Baqalinin Premyer Liqadakı yubiley – 75-ci oyunu olub. O, “Qəbələ”də 43, “Neftçi”də 32 oyun keçirib.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2016/17
|
Qəbələ
|
16
|
7
|
2017/18
|
Qəbələ
|
27
|
13
|
2018/19
|
Neftçi
|
26
|
14
|
2019/20
|
Neftçi
|
6
|
1
|
Cəmi
|
|
75
|
35
|
Qeyd edək ki, Dabo Azərbaycan çempionatları tarixinin bombardirləri siyahısında 71-73-cü yerlərə şərikdir. O, Viktor Kulikov və Sahib Əliyevlə eyni sayda fərqlənib.
|