Avropa
Liqasının qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Ölkəmizi bu yarışda
təmsil edən “Neftçi” qrupda ilk oyununu səfərdə Serbiyanın “Partizan” klubuna qarşı
keçirib. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşma qolsuz heç-heçə ilə
başa çatıb – 0:0.
Qrupun
digər oyununda “İnter” (Milan) və “Rubin” (Kazan) arasında keçirilən qarşılaşma
2:2 hesabı ilə başa çatıb.
“Neftçi” növbəti oyununu oktyabrın 4-də “İnter” klubuna
qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun
başlama saatı 21:00-dır.
|