İntizam komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın VII turunun “Sumqayıt” – “Keşlə” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın VII turunun “Neftçi” – “Səbail” matçında “Neftçi” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.
Premyer Liqanın VII turunun “Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində “Sabah” klubunun 4 №-li futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
I divizionun VI turunun “Qarabağ-2” – “Neftçi-2” matçında “Qarabağ-2” klubunun 4, “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
I divizionun VI turunun “Keşlə-2” – “Turan Tovuz” matçında “Keşlə-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 58-ci dəqiqəsində “Turan Tovuz” klubunun 2 №-li futbolçusu Sənan Qocayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur. Oyunun 83-cü dəqiqəsində “Turan Tovuz” klubunun 13 №-li futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I divizionun VI turunun “Zaqatala” – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 90 №-li futbolçusu Aqşin Eyyubov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. “Qaradağ Lökbatan” klubun heyətində meydançaya daxil olan futbolçunun forma nömrəsi oyunun protokolunda göstəriləndən fərqli olduğuna görə klub 80 manat cərimə olunur.
|