Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran “Qarabağ” 7 oyunda 7 qələbə qazanıb. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk yeddi turda xal itirmir. İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub olub. Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.
1992
|
Neftçi
|
7
|
7
|
0
|
0
|
20-2
|
14
|
1994/95
|
Neftçi
|
7
|
7
|
0
|
0
|
26-3
|
14
|
1996/97
|
Neftçi
|
7
|
7
|
0
|
0
|
30-2
|
21
|
2000/01
|
Neftçi
|
7
|
7
|
0
|
0
|
22-2
|
21
|
2003/04
|
Şəfa
|
7
|
7
|
0
|
0
|
22-2
|
21
|
2007/08
|
Xəzər Lənkəran
|
7
|
7
|
0
|
0
|
16-2
|
21
|
2019/20
|
Qarabağ
|
7
|
7
|
0
|
0
|
17-1
|
21
|
Startdakı ardıcıl qələbələr üzrə rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə 12, 1994/95 mövsümündə 10 (qələbəyə görə 2 xal verildiyi çempionatlar), 1996/97 mövsümündə 9 qələbəni sıralayıb. “Şəfa”nın seriyası 8 oyun sürübsə, “Neftçi”nin son uğurlu startı və Lənkəran təmsilçisi 7 qələbə ilə kifayətlənib.
|