26.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Araz Saatlı" 2-4 "Karvan" - Videoicmal

Slide 1

"İmişli" 2-1 "Zaqatala" - Videoicmal

Slide 1

"Qaradağ Lökbatan" 1-1 MOİK - Videoicmal

Slide 1

"Qaradağ Lökbatan" - MOİK canlı yayım

Slide 1

"İmişli" - "Zaqatala" canlı yayım

Slide 1

"Araz Saatlı" - "Karvan" canlı yayım

Slide 1

I Liqa: XXIII turun təyinatları

   Ramin Musayev: "Futbolun inkişafına dair nə bacarırıqsa, əl-ələ verib çalışacağıq"      2012-09-19

Bu gün Peşəkar Futbol Liqası və "Topaz" arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə əlaqədar konfrans keçirildi.
Mərasimdə PFL-in prezidenti Ramin Musayev, “Azərinteltek” şirkətinin Direktorlar Şurasının sərdi Ahmet Geylani Sezer, “Azəridmanservis”in Direktoru Azər Məhərrəmov, AFFA-nın baş katibi Elxan Məmmədov ilə yanaşı KİV nümayəndələri və futbol ictimaiyyətinin tanınmış simaları, bir sıra xarici qonaqlar - Türkiyənin “Fenerbahçe” klubunun əfsanəvi kapitanı Selçuk Yula, Fransanın “Lans” klubunun keçmiş prezidenti və Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, həmçinin keçmiş futbolçular – Jan Pyer Papen, Olivye Dakur və Jüslen Blonşar iştirak ediblər.

İlk olaraq mərasimdə iştirak edən rəsmi şəxslər Peşəkar Futbol Liqası və “Topaz” arasındakı əməkdaşlıq haqqında fikirlərini və diləklərini bildirdilər.
Ramin Musayev, Peşəkar Futbol Liqasının prezidenti: “Bütün tədbir iştirakçılarını salamlayıram və belə bir xoş gündə bizimlə birlikdə olduğunuz üçün hər birinizə minnətdarlıq edirəm. Artıq Premyer Liqanın beş turu geridə qalıb. Media nümayəndələrinin həsrətlə gözlədiyi gün gəlib çatdı. İmzalanma mərasiminin gecikməsinin səbəbi geniş şəkildə müzakirələrin olması idi. Burada söhbət tək sponsorluqdan getmir, əsas məsələ futbolun inkişaf etməsidir. “Topaz”la müqavilənin bütün bəndlərində razılaşdıq və bu razılığı rəsmiləşdirmək qərarına gəldik”.
Elxan Məmmədov, AFFA-nın baş katibi: “Bu gün çox önəmli bir gündür. Çünki “Topaz” şirkəti artıq Azərbaycan Premyer Liqasının titul sponsorluğunu rəsmiləşdirəcək. PFL və “Topaz” şirkətlərini bu münasibətlə təbrik edirəm. Bu, bir daha göstəriri ki, Azərbaycanda Premyer Liqaya maraq artır. Ümid edirəm ki, bu uzunmüddətli əməkdaşlığın Azərbaycan futbolunun inkişafına böyük töhvəsi olacaq. Hər birinizi təbrik edirəm”.
Azər Məhərrəmov, “Azəridmanservis” şirkətinin direktoru: “Çox əlamətdar və mühüm bir gündür. Artıq Premyer Liqa uzun müddətdir fəaliyyətdə olan “Topaz” markalı dövlət layihəsinin adını daşıyacaq. Azərbaycan idmanının inkişafında çox önəmli bir gündür. “Azəridmanservis” tək futbol sahəsində yox, idmanın bir çox sahələrində inkişafa nail olub. Bütün idman ictimaiyyətini bu əlamətdar hadisə münasibəti ilə təbrik edirəm”.
Ahmet Geylani Sezer, “Azərinteltek” şirkətinin Direktorlar Şurasının sədri: “Bu gün uzun zamandır üzərində çalışdığımız bir layihəyə başlayırıq. Bizim hədəfimiz Azərbaycanda idmanın inkişafına nail olmaqdır. Futbolun inkişafı da bizim üçün çox önəmlidir. Bu anlaşmanın bugünkü səviyyəyə gəlməsinə görə Ramin müəllim və Azər müəllimə təşəkkürümü bildirirəm. Çünki, hamı bu işə daha da yaxşı alınması düşüncəsi ilə yanaşıblar. Bizim hədəfimiz gələcək üç il ərzində Azərbaycan futbolunun inkişafında, az da olsa, əməyimizin olmasıdır. Bu müqavilənin Azərbaycan futbolu üçün uğurlu olacağına inanıram”.
Çıxışlardan sonra PFL-in prezidenti Ramin Musayev və “Azərinteltek” şirkətinin Direktorlar Şurasının sədri Ahmet Geylani Sezer 3 illik strateji əməkdaşlıq müqaviləsi imzaladılar.
İmzalanan müqaviləyə əsasən 19 sentyabr tarixindən etibarən “Topaz” Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və bu liqanın adı “Topaz Premyer Liqası” adlandırılacaq.

Türkiyə futbolunun əfsanəvi simalarından olan Selçuk Yula PFL və “Topaz” arasında imzalanan müqavilə ilə bağlı fikirlərini bildirdi: ““Topaz Premyer Liqası”nın Azərbaycan futboluna uğurlu olacağını düşünürəm. Çağdaş futbolda sponsorluğun çox böyük önəmi var. Biz Türkiyə futbolunun inkişaf yoluna baxsaq, bunu açıq şəkildə görərik. Türkiyədə klublara sponsorluq edildikdən sonra Avropada uğurlar qazanılmağa başlanıldı. Bu müqavilənin Azərbaycan futboluna çox xeyirli olacağına inanıram. Əminəm ki, Azərbaycan futbolu çox qısa zamanda Avropadakı layiqli yerini tutacaq. “Neftçi” klubuna da “Partizan” ilə oyunda uğurlar arzulayıram”.

Daha sonra KİV nümayəndələrinin sualları cavablandırıldı.
Ramin Musayev, Peşəkar Futbol Liqasının prezidenti: “Üç illik müqavilə imzalandı. Bu üç il ərzində tək “Topaz”ın reklamı yox, futbolun inkişafına dair nə bacarırıqsa, əl-ələ verib çalışacağıq. “Topaz”ın bizə sponsorluğa görə ayırdığı pulun bu şirkətin reklamına aidiyyatı yoxdur. Yəni, “Topaz” yenə də öz reklamını davam etdirə bilər. Qaldı ki, “Şuşa”nın adına stadionun tikintisinə, mən sözümdən qaçan adam deyiləm. “Şuşa”nın gərək stadion tikmək üçün yeri ola ki, mən də bu tikinti üçün pul xərcləyim. “Şuşa”nın keçmiş prezidenti söz vermişdi ki, rəhbərlik tərəfindən 6 hektar torpaq ayrılacaq. Torpaq yoxdursa, stadionu harada tikə bilərik? Premyer Liqanın hər turunun üç qarşılaşmasını canlı yayımlaya biləcək telekanal varsa, yayım hüququnu hədiyyə verirəm demişdim. Heç kim bizdən bunu istəmədi. Yayım hüququnu AzTV-yə Əhməd bəyə görə hədiyyə etdim. Çünki, Əhməd bəy söz verdi ki, hər turun ən azı üç oyunu canlı yayımlanacaq. Bizim marağımız odur ki, oyunlar televiziya vasitəsi ilə göstərilsin və futbolsevərlər televiziyadan oyunları izləyə bilsinlər. Ötən çempionatda elə komandalar var idi ki, bir dənə də olsun ev oyunu canlı yayımlanmadı. Yayım hüqunu üçüncü bir tərəfə vermək şərti ilə və oyunların vaxtı PFL ilə razlışdarılmaqla yayım hüququ “Topaz” şirkətinə verilib”.

Ahmet Geylani Sezer, "Azərinteltek" şirkətinin Direktorlar Şurasının sədri: “Bu gün imzalanan müqavilə ilə Azərbaycan Premyer Liqasının titul sponsoru olduq. Bu işlə bizim reklam büdcəmiz tamamilə ayrıdır. Buraya ayrılan pul reklam büdcəsindən ayrılan pul deyil. Sponsorluğa görə verilən pul futbolun inkişafı üçün öz hissəmizə düşən gəlirdən verilir. Liqaya sponsor olmağın təbii ki, bəzi məsuliyyətlətləri də var. Sadəcə adı alıb bunun reklamı ilə kifayətlənməyi düşünmürük. Liqanın inkişafı üçün planlaşdırdığımız çalışmalar var. “Ayın futbolçusu” kimi, KİV nümayəndələri üçün müəyyən yarışların təşkil edilməsi kimi planlarımız var. Keçən il üçlü bir razılaşma əldə olunub. AFFA, Gənclər və İdman Nazirliyi və “Azərinteltek” arasında şübhəli oyunlarla əlaqədar məlumatların qarşılıqlı olaraq ötürülməsi ilə bağlı razılığımız var. Buna bənzər bir anlaşma da Türkiyə Futbol Federasiyası ilə əldə etmişik. Avropada iki futbol federasiyası ilə anlaşma əldə edən tək şirkətik. Bizim hədəfimiz etik məsələlərdə də dövlətimizlə əməkdaşlıq etməkdir”.

   Turnir cədvəli
1 Qarabağ 31 73
2 Zirə 31 49
3 Sumqayıt 31 47
4 Neftçi 31 47
5 Sabah 31 46
6 Səbail 31 42
7 Turan Tovuz 31 42
8 Araz-Naxçıvan 31 32
9 Kəpəz 31 31
10 Qəbələ 31 17
Ətraflı
1 Qaradağ Lökbatan 23 49
2 İmişli 23 46
3 Şamaxı 22 42
4 MOİK 23 42
5 Karvan 23 35
6 Zaqatala 23 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 23 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 2526 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: