Futbol üzrə Azərbaycan I Divizionda VI turun oyun cədvəli məlum oldu. Turun bütün görüşləri saat 15:30-da başlayacaq. Bu tur “Sumqayıt-2” komandası istirahət edəcək.
1 oktyabr (çərşənbə axşamı)
“Qarabağ-2” – “Neftçi-2” Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
3 oktyabr (cümə axşamı)
“Keşlə-2” – “Turan Tovuz” “AZAL Arena”
“Ağsu” – MOİK Ağsu şəhər stadionu
“Sabah-2” – “Kəpəz” Binə qəsəbə stadionu
4 oktyabr (cümə)
“Zaqatala” – “Qaradağ Lökbatan” Zaqatala şəhər stadionu
“Zirə-2” – “Səbail-2” “AZAL Arena”
Qeydlər: “Qarabağ-2” – “Neftçi-2” matçı U-19 milli komandasının rəsmi oyunlarına görə müraciəti və hər iki komandanın razılığı ilə daha tez tarixə keçirilib. Tovuz şəhər stadionu təmirə bağlandığı üçün 1-ci dövrənin oyunu “Keşlə-2” – “Turan Tovuz”, 2-ci dövrənin görüşü “Turan Tovuz” – “Keşlə-2” matçı kimi nəzərə alınacaq.
|