Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
“Mingəçevir” – “İrəvan” canlı yayım
“Şamaxı” – “Difai Ağsu” canlı yayım
İntizam Komitəsinin iclası keçirildi
"Araz Saatlı" 2-4 "Karvan" - Videoicmal
"İmişli" 2-1 "Zaqatala" - Videoicmal
"Qaradağ Lökbatan" 1-1 MOİK - Videoicmal
PFL və “Topaz” arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalandı 2012-09-20
Bu gün Peşəkar Futbol Liqası və "Topaz" arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə əlaqədar KİV nümayəndələri və futbol ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə konfrans keçirildi. Mərasimdə PFL-in prezidenti Ramin Musayev və "Azərinteltek" şirkətinin Direktorlar Şurasının sədri Ahmet Geylani Sezer 3 illik strateji əməkdaşlıq müqaviləsi imzaladılar.
İmzalanan müqaviləyə əsasən 19 sentyabr tarixindən etibarən "Topaz" Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və bu liqanın adı "Topaz Premyer Liqası" adlandırılacaq.
Tədbirdə həmçinin AFFA-nın baş katibi Elxan Məmmədov, "Azəridmanservis" şirkətinin direktoru Azər Məhərrəmov, Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, veteran futbolçular Jan-Pyer Papen, Olivye Dakur, Jüslen Blonşar və Selcuk Yula iştirak edirdilər.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.