İntizam komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın V turunun “Səbail” – “Qəbələ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın V turunun “Sumqayıt” – “Sabah” matçında “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 79-cu dəqiqəsində “Sumqayıt” klubunun 70 №-li futbolçusu Mehdi Şərifi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Premyer Liqanın V turunun “Neftçi” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 35-ci dəqiqəsində “Neftçi” klubunun 77 №-li futbolçusu Donald Qerye ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
I divizionun IV turunun “Sumqayıt-2” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 76-cı dəqiqəsində MOİK klubunun 6 №-li futbolçusu Ruslan Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Sumqayıt-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görəklub 80 manat cərimə olunur.
I divizionun IV turunun “Ağsu” – “Neftçi-2” matçında “Ağsu” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.
I divizionun IV turunun “Qarabağ-2” – “Səbail-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. I divizionun IV turunun “Turan Tovuz” – “Kəpəz” matçında “Turan Tovuz” klubunun nümayəndəsi oyun öncəsi iclasa gecikdiyinə görə klub 80 manat cərimə olunur.
“Turan Tovuz” və “Kəpəz” klublarının azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə hər iki klub 80 manat cərimə olunur.
I divizionun III turunun MOİK – “Keşlə” matçındaMOİK komandası oyunun video yazılışını aparmadığına görə klub 80 manat cərimə olunur.
|