Azərbaycan Premyer Liqasının V turu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub. 37 yaşlı müdafiəçi kapitanı olduğu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb. Bu, arxa xətt oyunçusunun mövsümdə ilk qarşılaşması olub. Karyerası ərzində “Turan” və “Neftçi”də də oynamış Sadıqov 2009/10 mövsümündən “Qarabağ”da çıxış edir. Bu müddətdə 8 qola sevinən müdafiəçi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb. Xatırladaq ki, Rəşad bir müddət öncə “Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının “Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2009/10
|
Qarabağ (Ağdam)
|
20
|
1
|
2010/11
|
Qarabağ (Ağdam)
|
14
|
0
|
2011/12
|
Qarabağ (Ağdam)
|
27
|
2
|
2012/13
|
Qarabağ (Ağdam)
|
25
|
3
|
2013/14
|
Qarabağ (Ağdam)
|
25
|
0
|
2014/15
|
Qarabağ (Ağdam)
|
21
|
0
|
2015/16
|
Qarabağ (Ağdam)
|
19
|
2
|
2016/17
|
Qarabağ (Ağdam)
|
14
|
0
|
2017/18
|
Qarabağ (Ağdam)
|
18
|
0
|
2018/19
|
Qarabağ (Ağdam)
|
16
|
0
|
2019/20
|
Qarabağ (Ağdam)
|
1
|
0
|
|
Cəmi
|
200
|
8
|
|