Azərbaycan Premyer Liqasının V turu “Səbail”in futbolçusu Adil Nağıyev üçün yubileylə əlamətdar olub. Müdafiəçi ölkə çempionatlarında 100-cü oyununu keçirib. Bu, “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə nəticələnən matç Adilin mövsümdə 5-ci, Premyer Liqada 100-cü oyunu olub. Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu bu müddətdə 3 qol vurub. 3 klubda çıxış edən Nağıyev ilk komandası olan “Zirə”də 83 (3 qol), “Sumqayıt”da 12, “Səbail”də 5 matça çıxıb.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2015/16
|
Zirə (Bakı)
|
25
|
1
|
2016/17
|
Zirə (Bakı)
|
22
|
1
|
2017/18
|
Zirə (Bakı)
|
24
|
1
|
2018/19
|
Zirə (Bakı)
|
12
|
0
|
2018/19
|
Sumqayıt
|
12
|
0
|
2019/20
|
Səbail
|
5
|
0
|
|