İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın III turunun “Zirə” – “Sabah” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın III turunun “Neftçi” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanır, klub 16000 manat cərimə olunur.
“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında Ayxan Abbasov haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydançaya daxil olduğu üçün klub 800 manat cərimə olunur.
I Divizionun II turunun “Sumqayıt-2” – “Neftçi-2” matçında əvəzetmə zamanı “Sumqayıt-2” klubunun protokolda adı olmayan futbolçusu meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimə olunur.
I Divizionun II turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 86-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 7 №-li futbolçusu Aqşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I divizionun II turunun “Ağsu” – “Səbail-2” matçında “Ağsu” və “Səbail-2” klublarının 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur.
“Səbail-2” klubunun nümayəndəsinin oyun öncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunur.
I divizionun II turunun “Qarabağ-2” – “Zaqatala” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 59-cu dəqiqəsində “Qarabağ-2” klubunun 83 №-li futbolçusu Nihad Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Qarabağ-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.
“Qarabağ-2” klubu AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyinə görə (meydançanın ətrafında kənar şəxslər olub) klub 80 manat cərimə olunur.
“Qarabağ-2” klubu PFL - in əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri yerinə yetirmədiyinə görə klub 80 manat cərimə olunur.
Oyun öncəsi iclasa Polis nümayəndəsi gecikdiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.
|