Premyer Liqanın III turunda oynanılacaq görüşlərin təyinatlarında dəyişikliklər edildi. AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin qərarlarına əsasən:
1. “Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək.
2. “Neftçi” - “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev olacaq.
3. “Səbail” – “Qarabağ” görüşünün 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq.
|