Avropa Liqasının pley-of mərhələsinin cavab görüşündə “Linfild”i (Şimali İrlandiya) qəbul edən “Qarabağ” 2:1 hesabı ilə qalib gəldi. “Köhlən atlar”ın qollarına Xayme Romero və Abdullah Zubir imza atdılar. İlk oyunda 2:3 məğlub olan ağdamlılar səfər qollarının hesabına ardıcıl 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə yüksəldilər. Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkatması bu gün saat 15:00-da olacaq.
|