Peşəkar Futbol Liqasının 2019/2020-ci illər mövsümü üçün akkreditasiya qeydiyyatından keçmiş KİV nümayəndələri vəsiqələrini bu gündən etibarən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən əldə edə bilərlər.
Qeyd edək ki, akkreditasiya qeydiyyatı mövsüm boyu davam edəcək. İlkin akkreditasiyaya gecikənlər, şərtlərə tam cavab verməyənlər, işə yeni qəbul olunanlar mövsüm boyu müraciət edə bilərlər. Həmin akkreditasiyalar müraciətdən sonrakı ayın ilk həftəsində təqdim olunacaq. Peşəkar Futbol Liqasının akkreditasiyası futbolla birbaşa əlaqəsi olan KİV nümayəndələrinə veriləcək.
|