Avrokuboklarda komandalarımızın potensial rəqibləri müəyyənləşdi. Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlmiş “Qarabağ” APOEL-i mübarizədən kənarlaşdırsa, pley-ofda “Paok” (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Köhlən atlar” kiprlilərə məğlub olsa, Avropa Liqasının pley-ofunda “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibinə rəqib olacaq. Avropa Liqasında mübarizə aparan “Neftçi” “Bney Yehuda” (İsrail) səddini keçsə, pley-of mərhələsində “Malmö” (İsveç) – Jrinski (Bosniya və Herseqovina) cütünün qalibinə rəqib olacaq.
|