20.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Qarabağ" 2-2 "Qəbələ" - Videoicmal

Slide 1

"Zirə" - "Neftçi" canlı yayım

Slide 1

"Qarabağ" - "Qəbələ" canlı yayım

Slide 1

Əvəzedicilər liqası, XXXI turun təyinatları

Slide 1

İki oyunun VAR təyinatları

Slide 1

"Turan Tovuz" 1-4 "Sumqayıt" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Sumqayıt" canlı yayım

   Ramin Musayev avrokubokları və növbəti mövsümü dəyərləndirdi      2019-08-05

Bu gün AFFA-nın inzibati binasında Premyer Liqanın 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirildi. Mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, elita klublarının təmsilçiləri, jurnalistlər, futbol ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qısa məlumatdan sonra sözü PFL prezidenti Ramin Musayevə verdi. Qurum rəhbəri çıxışı zamanı bir sıra məqamlara toxundu: “Bütün klublara uğurlar arzulayıram. İnşallah, güclü olan qalib gələr və ölkəmizi avrokuboklarda layiqincə təmsil edər. “Neftçi” və “Qarabağ”ın avrokuboklarda çıxışını uğurla davam etdirməsi hamımızı sevindirir. Xüsusən “Arsenal” (Rusiya) üzərində qələbəni qeyd etmək istəyirəm - avrokuboklarda rus komandalarına qarşı ilk qələbəmiz idi və orada yaşayan həmvətənlərimizə böyük sevinc bəxş etdi. Peşəkar Futbol Liqası yaranan tarixdən milli çempionatımızda mükafat qazanan klubların avrokuboklarda tutduqları yerə uyğun nəticələr göstərməsi bizi sevindirir və şəffaflığı təmin edə bildiyimizi göstərir. Bu mövsümdən “Topaz”la əməkdaşlığımız dayandırıldı. Peşman deyilik. Xarici bukmeyker kontorlarından birindən yaxşı təklif almışıq, hələki adını çəkməyəcəyik. Sponsorluq üçün “Topaz”dan daha yaxşı şərtlər irəli sürülüb. Komandalara mövsüm üçün 100 ədəd “Nike” topları hədiyyə olunacaq. Topların klublara verilməsində AFFA-nın baş katibi Elxan Məmmədovun zəhməti böyükdür, ona təşəkkürümüzü bildiririk. Çempionatımız 16 avqust tarixində start götürəcək. Bu mövsümdən yeni elektron sistemimiz fəaliyyət göstərəcək. Klublar legionerlərin ödənişini vaxtında verməsə, həmin oyunçunun adını elektron protokola yaza bilməyəcək. Bu, həmçinin cəriməli oyunçulara da aiddir.” Daha sonra söz Texniki-idman Departamentinin rəhbəri Elgiz Abbasova verildi: “Hər kəsi salamlayıram. Bu mövsümdən çempionatımızda bir sıra yeniliklər tətbiq olunacaq. Oyun protokolları elektron qaydada təqdim ediləcək. Artıq oyundan əvvəl komandaların oyunun protokolunda səhv etməsi mümkün olmayacaq, sistem doldurulanda limit pozulsa, avtomatik olaraq protokol qəbul edilməyəcək. Bütün komandalara oyun günü planı göndərmişik. Oyun günü planını lazımı yerlərə qoymağınız məcburidir. Klublarımızın təklifləri əsasında yeni əsasnaməmizə dəyişikliklər etmişik. A buraxılışı ilə bağlı da yeniliyimiz var və bu ondan ibarətdir ki, 2019/2020 mövsümündən sənədin üzərində sahibinin şəkli də olacaq və A buraxılışı başqalarına verilə bilməyəcək.” Sonda yenidən çıxış edən PFL prezidenti Ramin Musayev jurnalistlərin suallarına cavablandırdı:

 

“Qəbələ”nin əvəzediciləri diviziona buraxmayacağı deyilir, buna görə cərimələnəcəklər? I Divizionda komanda sayı dəqiqləşib?
Bəli, iştirak etməkdən imtina ediblər və 100.000 manat cərimələnəcəklər. Əvəzedicilərini diviziona buraxan klublara AFFA tərəfindən 50.000 manat ayrılacaq. Növbəti mövsüm I Divizionda 13 komanda iştirak edəcək və 22-23 avqust tarixdə start götürəcək.

Bu il I Divizionun daha tez başlaması nə ilə əlaqədardır?
-
Sentyabrın əvvəlində millinin oyunları ilə əlaqədar təqvim belə qurulub. Etiraf edək ki, çempionatı milliyə görə təşkil edirik. Buna görə də, çempionatı milliyə uyğunlaşdırmağımızı normal hesab edirəm.

Gələn il çempionatda komandaların sayı ilə bağlı yenilik gözlənilir?
-
AFFA İcraiyyə komitəsində bununla bağlı müzakirələr aparılıb, gələn mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq.

Sizə elə gəlmir ki, bu yerdə qalan 8 komandaya Premyer Liqanı tərk etməyəcəklərinə zəmanət kimi görünür?
 - Bütün komandalarımız avrokuboklar uğrunda mübarizə aparır. Heç kim təminat verə bilməz ki, gələn mövsüm 1 komanda çempionatı tərk edib, 3 komanda gəlməyəcək. Hər şey komandaların bizə müraciətindən asılıdır.

 

Qeyd edək ki, Premyer Liqada 2019/2020-ci illər mövsümünün ilk turu 16-18 avqust tarixlərində baş tutacaq.

 

   Turnir cədvəli
1 Qarabağ 31 73
2 Sumqayıt 31 47
3 Neftçi 30 47
4 Zirə 30 46
5 Sabah 30 43
6 Turan Tovuz 31 42
7 Səbail 30 39
8 Araz-Naxçıvan 30 32
9 Kəpəz 30 31
10 Qəbələ 31 17
Ətraflı
1 Qaradağ Lökbatan 22 48
2 İmişli 22 43
3 Şamaxı 22 42
4 MOİK 22 41
5 Karvan 22 32
6 Zaqatala 22 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 22 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 1920 21
22 23 24 25 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: