Bu gün Premyer Liqanın 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, elita klublarının nümayəndələri, jurnalistlər, futbol ictimaiyyəti iştirak etdilər. İlk turu 16-17-18 avqust tarixlərdə keçiriləcək yeni mövsümün startda üz-üzə gələcək komandaları aşağıdakı kimidir:
16-17-18 avqust “Neftçi”–“Sabah” “Səbail”–“Zirə” “Qəbələ”–“Sumqayıt” “Keşlə”–“Qarabağ”
Qeyd: Turun təqvimi barədə yaxın günlərdə məlumat yerləşdiriləcək.
|