Avropa Liqasının II təsnifat mərhələsində cavab görüşləri keçirildi. “Qəbələ” öz meydanında 0-2 məğlub olduğu “Dinamo Tbilisi”dən (Gürcüstan) revanş ala bilmədi və səfərdə 0-3 uduzaraq avrokuboklarla erkən vidalaşdı. “Neftçi” isə “Arsenal”ı (Rusiya) 3-0 (ümumi 4-0) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi. Bütün qolları 2-ci hissədə vurulan oyunda Rauf Əliyev, Dario Federiko (p.) və Mamadu Mbodj fərqləndi. “Neftçi” avrokuboklarda rus klubunu mübarizədən kənarlaşdıran ilk komandamız kimi tarixə düşdü. Qeyd edək ki, III təsnifat mərhələsində “ağ-qaralar”ın rəqibi “Bney Yehuda” (İsrail) olacaq.
Peşəkar Futbol Liqası “Neftçi”nin oyunundan fotoları təqdim edir:
|