Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Dandolk”u (İrlandiya) qəbul edən “Qarabağ” 3-0 hesabı ilə qələbə qazandı. “Köhlən atlar”ın heyətində bütün qolları yeni transferlər vurdu. Doğum gününü qeyd edən Serxio Romero 12 və 87-ci dəqiqələrdə fərqlənərək dubla imza atdı. 76-cı dəqiqədə müdafiəçi Aylton Silva başla topu qapıdan keçirdi. Beləliklə, ağdamlılar ümumi hesabda irlandları 4-1 yenərək növbəti mərhələyə yüksəldilər. Qeyd edək ki, III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi APOEL (Kipr) olacaq.
Peşəkar Futbol Liqası oyundan fotoları təqdim edir:
|