"Səbail" Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Rumıniyada "Universitatya"nın qonağı oldu. İlk görüşdə 2-3 uduzan "dənizçilər" yenə eyni hesabla məğlub oldular. Bakılıların qollarını Ağabala Ramazanov və Dilan Duventru vurdular. İki görüşün nəticəsinə görə 4-6 hesabı ilə məğlub olan "Səbail" abrokuboklarda rəqibin qapısına 4 və daha artıq top vursa da, növbəti mərhələyə yüksələ bilməyən ilk Azərbaycan klubu oldu.
|