"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Bakcell Arena"da "Speranta"nı (Moldova) qəbul etdi. İlk oyunda rəqibi 3 cavabsız qolla məğlub edən "ağ-qaralar" bu dəfə daha rəhmsiz oldular. 6-0 qalib gələn "flaqman"ın heyətində Vangelos Platellas (2), Emin Mahmudov (p.), Dario Federiko, Stiven Monroz və İsmayıl Zülfüqarlı fərqləndi. Darmadağın sayəsində "Neftçi" avrokuboklarda bir oyunda rəqibin qapısından 6 və daha artıq top keçirən ilk Azərbaycan klubu oldu. Bunadək "Qarabağ" "Samtredia"nı (Gürcüstan), "İnter" (indiki "Keşlə") "Trans Narva"nı (Estoniya) 5-0 yenməyi bacarmışdı. "Neftçi" avrokuboklarda iki oyunun nəticəsinə görə (9-0) rəqibin qapısından ən çox top keçirən Azərbaycan klubu adına da yiyələndi. İndiyə qədər klublarımızın avrokuboklarda iki oyunun nəticəsinə görə ən böyükhesablı qələbələrini "Qarabağ" "Banqa" (Litva), "İnter" (indiki "Keşlə") "Trans Narva" (Estoniya) üzərində qazanmışdı (7-0).
Peşəkar Futbol Liqası "Neftçi" - "Speranta" (Moldova) görüşündən fotoları təqdim edir:
|