Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulan "Səbail" və "Neftçi" ilk oyunlarını keçirdi. Səfərdə "Sperantsa"nı (Moldova) 3 cavabsız qolla məğlub edən "flaqman" cavab görüşü öncəsi böyük üstünlük əldə etdi. "Ağ-qaralar"ın heyətində Emin Mahmudov, Stiven Monroz və Rəhman Hacıyev fərqləndi. Avrokuboklarda debüt edən "Səbail" "ASCO Arena"da Rumıniyanın "Universitatya" komandasını qəbul etdi. 2-3 hesabı ilə məğlub olan "dənizçilər"in hər iki qolunu Ağabala Ramazanov vurdu. Peşəkar Futbol Liqası "Səbail" - "Universitatya" görüşündən fotoları təqdim edir:
|