Ölkəmizi Çempionlar Liqasında təmsil edən yeganə klub olan “Qarabağ”ın II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşdi. “Köhlən atlar” “Partizani”ni (Albaniya) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Dandolk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşləri 23/24 iyul, cavab oyunları 30/31 iyul tarixlərində keçiriləcək.
|