Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün qalibi “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı komanda müəyyənləşdi. İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında keçirilən püşkatmadan sonra Albaniya çempionu “Partizani” ağdamlılara rəqib oldu. Mərhələnin ilk görüşləri 9/10 iyul, cavab oyunları 16/17 iyul tarixlərində baş tutacaq. Qeyd edək ki, 1946-cı ildə əsası qoyulan “Partizani” 16 qat ölkə çempionudur.
|