15.11.2019
   |    aze    |    rus    |    eng    
Slide 1

I Divizion, XI turun oyun cədvəli

Slide 1

Premyer Liqa, XII turun oyun cədvəli

Slide 1

Ramin Musayev: avrokuboklardakı nəticələr ədalətli çempionatın göstəricisidir - Fotolar

Slide 1

Azərbaycan Kuboku: püşkatma mərasimi keçirildi

Slide 1

İntizam Komitəsinin iclası keçirildi

Slide 1

Premyer Liqa, XI turun ən yaxşısı Merab Qiqauridir

Slide 1

Premyer Liqa, XI turun rəmzi komandası müəyyənləşdi

   Peşəkar Futbol Liqasında Georq Panqlla görüş keçirildi – Fotolar      2019-05-30

Avropa Futbol Liqalarının baş katibi Georq Panql Peşəkar Futbol Liqasında işgüzar səfərdə oldu. 28 mayda baş tutan görüşdə avstriyalı Georq Panql, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, baş direktor Məlik Həsənov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və başqa əməkdaşlar iştirak etdilər. Tərəflər salamlaşdıqdan sonra bir-birinə hədiyyələr təqdim etdilər. PFL prezidenti Ramin Musayev qonağa milli xalça və dəqiqlik göstəricisi saat, Panql isə Avropa Futbol Liqalarının atributunu təqdim etdi. Bakı haqqında ilkin təəssüratlarını bölüşən baş katib şəhərimizi çox bəyəndiyini, buranın Monako və ya Parisdən fərqlənmədiyini dilə gətirdi. Musayev isə öz növbəsində 2007-ci ildə “Neftçi”də çalışarkən Avstriyada təlim-məşq toplanışında olduğunu, elə həmin il də avrokuboklarda eyni ölkənin “Rid” komandası ilə qarşılaşdıqlarını və oradan xoş xatirələrlə ayrıldıqlarını qeyd etdi.
10 il Avstriya Peşəkar Futbol Liqasının prezidenti olmuş, 5 ildir Avropa Futbol Liqalarında çalışan, ümumilikdə futbol sahəsində 30 illik təcrübəyə sahib olan Georq Panql ölkəsinin Peşəkar Futbol Liqasının keçdiyi yoldan danışdı:
“2004-cü ildə, 12-13 nəfərlə hər şeyi sıfırdan başlamışıq. Əvvəllər çox çətin idi, pis təşkilatlanmışdıq, lazımi inventarlar çatışmırdı, ofisimiz belə yox idi. Stadionlardan birində kiçik otaq kirayələmişdik. Lakin, biz pillə-pillə inkişaf etməyə nail olduq. Hal-hazırda Avstriya Peşəkar Futbol Liqasının (APFL) öz ofisi, 3-3.5 milyon dollarlıq büdcəsi var. Biz komandalara göstərdik ki, onların APFL-ə ödədikləri məbləğlər qurumun böyüməyi ilə yanaşı, maliyyənin sponsorlar vasitəsilə yenidən onlara qayıtmasına və özlərinin də faydalanmasına səbəb olur. APFL çempionatı yayımladığına görə telekanallardan gələn ümumi məbləğin 10 faizi, titul sponsorluğu, ölkənin rəsmi bukmeyker kontorunun ayırdığı pul hesabına maliyyələşir.”
Daha sonra avstriyalı slayd təqdimatlar etdi. İlk təqdimat Avropa Futbol Liqaları haqqında ümumi məlumat xarakterli oldu. Əsas məqsədlərdən birinin klublar arasında balansı qorumaq olduğunu bildirən qonaq 990 klubu əhatə edən qurumda 452 klubun büdcəsinin 0-10, 124 klubun 10-50, 47-sinin 50-100, 42 klubda 100-300 milyon avro aralığında, 12 klubda isə 300 milyon avrodan çox olduğunu nəzərə çatdırdı. 2017-ci ildə keçirilən Avropa Liqasının “Mançester Yunayted” – “Ayaks” finalını xatırladan Panql, büdcə fərqlərinə görə mütəxəssislərin oyundan əvvəl 85% ehtimalla ingilisləri qalib təxmin etdiklərini və bu kimi faktların komandalar arasındakı ayrı-seçkiliyin hansı səviyyədə qabartdığını göstərdi. O, futbolun “təxmin edilə bilməzliyə” ehtiyacı yarandığını diqqətə çatdırdı.
İkinci slayd daha çox UEFA-nın yeni qərarları, qarşıdakı illərdə keçiriləcək Avropa Liqası-2, klubların gəlirlərinin təmin edilməsi və artırılması kimi məsələləri əhatə etdi. Onun fikrincə, yeni qərarlar ölkə çempionatlarının reytinqində 15-ci pillədən aşağıda olan ölkələrin klublarına maddi cəhətdən mənfi təsir edəcək. Avropa Futbol Liqasının qarşısında duran əsas prioritetlərdən birinin avrokuboklarda iştirak etməyən və ya az iştirak etmiş komandaların maliyyə gəlirlərinin azalmasının qarşısını almaq olduğunu bildirən baş katib, həmrəyliyi təmin etməyin vacibliyini vurğuladı: “Təşkilat az büdcəli klublara gələn 7%-lik gəliri 20%-ə qaldırılmağına nail olmağa çalışır. Avrokuboklarda iştirak etməyən klublara 8.5%-lik gəlirin 7.3%-ə endirilməsi, UEFA-nın turnirlərinin televiziya gəlirlərinin artması fonunda klubların öz çempionatlarının yayımından gələn məbləğlərdə eniş yaşaması qəbuledilməzdir. Yeni yaranan turnir az gəlirli olacaq. Yüksək gəlirlər qazanmaq bütün klubların haqqıdır. Əks təqdirdə komandalar arasındakı büdcə fərqləri uçurum səviyyəsinə çatacaq. Avropa Liqası-2 çempionatı, yüksək maliyyə dayaqları olacağı halda qəbul edilə bilər”.
Sonda PFL prezidenti Ramin Musayev qonağa gəldiyinə və vacib məlumatları bölüşdüyünə görə minnətdarlıq etdi. Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Avropa Futbol Liqalarının baş katibi Georq Panql bundan sonra da qurumlar arasındakı əlaqələrin inkişaf edəcəyinə inandığını vurğuladı.

   Turnir cədvəli
1 Qarabağ 11 27
2 Keşlə 11 19
3 Neftçi 11 18
4 Sumqayıt 11 14
5 Səbail 11 11
6 Zirə 11 11
7 Sabah 11 10
8 Qəbələ 11 9
Ətraflı
1 Səbail-2 9 20
2 Sabah-2 10 19
3 Turan Tovuz 9 18
4 Zaqatala 9 16
5 Keşlə-2 9 15
6 Kəpəz 10 15
7 Neftçi-2 10 14
8 Sumqayıt-2 9 14
9 Qarabağ-2 9 12
10 Ağsu 9 10
11 MOİK 9 9
12 Qaradağ Lökbatan 9 4
13 Zirə-2 9 4
Ətraflı
Xəbər arxivi
« Noyabr 2019 »
1 2 3 4 5 6 7
28293031 01 02 03
04 05 06 07 08 09 10
11 12 13 1415 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 3001
02030405060708
Press reliz
02.09.2019
Azərbaycan Premyer Liqası, 2019/2020-ci illər mövsümünün təqvimi
21.08.2019
I Divizion, 2019/2020-ci illər mövsümünün təqvimi
16.08.2018
I Divizion, 2018/2019-cu illər mövsümünün təqvimi
31.07.2018
2018/2019-cu illər futbol mövsümünün təqvimi
28.09.2017
I Divizion, 2017/2018-ci illər mövsümünün təqvimi
04.08.2017
2017/2018-ci illər futbol mövsümünün təqvimi
Sorğu
Premyer Liqada favoritiniz hansıdır?
Qarabağ
Qəbələ
Zirə
Neftçi
Səbail
Sumqayıt
Sabah
Keşlə
> Nizamnamə
Struktur
> Xəbərlər
> Premyer Liqa
Əsasnamə
Turnir cədvəli
Ayın oyunçusu
Təqvim
Klublar
InStat Football icmal
> Azərbaycan kuboku
Təqvim
> I Divizion
Turnir cədvəli
Təqvim
Klublar
> Əvəzedicilər
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Ölkə
1995/1996
> Əlaqə
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2018/2019
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: