Azərbaycan kubokunun final qarşılaşmasından əvvəl möhtəşəm açılış mərasimi keçirildi. Naxçıvan Muxtar Respublikası Stadionunda baş tutan tədbiri açıq elan edən aparıcı Kamran Həsənli Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanı səhnəyə dəvət etdi. Tünzalə Ağayevanın konsert proqramına Peşəkar Futbol Liqası tərəfindən stadiona gələn azarkeşlərə paylanan Azərbaycan bayraqları xüsusi rəng qatdı. Peşəkar Futbol Liqası həmin açılış mərasimindən fotoları təqdim edir:
|