Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək oyunun saatı hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən dəyişdirilib. Belə ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək. Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.