İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. Topaz Premyer Liqasının XXVIII turunun “Səbail” – “Keşlə” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 51-ci dəqiqəsində “Keşlə” klubunun 93 №-li futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXVIII turunun “Neftçi” – “Qarabağ” matçında “Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
I Divizionun XXVI turunun “Səbail-2” – “Zirə-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 28-ci dəqiqəsində “Zirə-2” klubunun 54 №-li futbolçusu Hüseyn Əhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
I Divizionun XXVI turunun “Qarabağ-2” – “Kəpəz” matçı “Kəpəz” komandasının səhlənkarlığı ucbatından 10 dəqiqə gec başladığına görə klub 240 manat cərimə olunur (maddə 53.3).
I Divizionun XXVI turunun “Keşlə-2” – “Zaqatala” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 69-cu dəqiqəsində “Keşlə-2” klubunun 56 №-li futbolçusu Əkbər Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
I Divizionun XXVI turunun “Ağsu” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun XXVI turunun “Sumqayıt-2” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
|