Topaz Premyer Liqası, son turun ən yaxşısı Xulio Sezar Rodriqezdir 2019-05-14
“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXVIII turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Zirə”nin hücumçusu Xulio Sezar Rodriqezdir. Paraqvaylı futbolçu “Sabah”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən Xulio Sezar Rodriqez turun ən yaxşı indeksə malik futbolçusudur.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.