Topaz Premyer Liqasında 2018/2019-cu illər mövsümünün ən məhsuldar oyunçusu “Qarabağ”-ın hücumçusu Mahir Mədətov oldu. Sonuncu turda bombardirliyi şərikli bölüşdürdüyü Baqali Dabonun şərəfini qoruduğu “Neftçi”yə qarşı görüşdə dubla imza atan 21 yaşlı futbolçu 16 qolla çempionatın ən sərrast futbolçusu adına layiq görüldü. Qarşılaşma başa çatandan sonra keçirilən mükafatlandırma mərasimində Mədətova xüsusi hədiyyə təqdim edildi. Hücumçuya mükafatı AFFA prezindenti Rövnəq Abdullayev təqdim etdi.
|