Topaz Premyer Liqasında qızıl medalların sahibi “Qarabağ” oldu. Sonuncu turda səfərdə “Neftçi”ni 3-2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi ardıcıl 6-cı dəfə ölkə çempionu adına yiyələndi. Yekunda 66 xal toplayan “köhlən atlar” ən yaxın izləyicisini 8 xal qabaqladı. Oyundan sonra baş tutan mükafatlandırma mərasimində komandaya medalları AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdilər. Tədbirin sonunda “Qarabağ”ın futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırdı. Qeyd edək ki, bu, ağdamlıların ümumilikdə 7-ci çempionluğudur.
Peşəkar Futbol Liqası mükafatlandırma mərasimindən fotoları təqdim edir.
|