I Divizionda 2018/2019-cu illər mövsümünün sonuncu oyunu MOİK – “Sabah-2” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirildi. Lökbatan Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev və başqa rəsmi şəxslər iştirak etdilər. Hələ ötən tur rəsmi olaraq çempionluğu təmin edən MOİK-ə qızıl, “Sumqayıt-2”-yə isə gümüş medallar təqdim edildi. Sonuncu turda 4-1 hesabı ilə “Qaradağ Lökbatan”a qalib gələn “Neftçi-2” bürünc medallara sahib çıxdı.
Lökbatan Olimpiya İdman Kompleksində baş tutan mükafatlandırma mərasimindən fotoları təqdim edirik:
|