Topaz Premyer Liqası, XXVII turun ən yaxşısı Mahir Mədətovdur 2019-05-10
“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXVII turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Qarabağ”ın hücumçusu Mahir Mədətovdur. 22 yaşlı futbolçu “Səbail”ə qarşı görüşdə 90 dəqiqə meydanda olub və het-triklə yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.