“Sumqayıt” Azərbaycan Kuboku tarixinə finala yüksələn 17-ci komanda kimi düşüb. Bunadək keçirilən 25 finalda 16 komanda iştirak edib. Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur – 10 dəfə. “Qarabağ” 9, “Xəzər Lənkəran” və “Keşlə” hərəyə 5 dəfə finalda meydana çıxıb.
“Qarabağ”ı iki oyunun nəticəsinə görə (1:0, 1:2) məğlub edərək yarımfinal səddini adlayan “Qəbələ” isə 4-cü dəfə bu uğura imza atıb. “Qırmızı-qaralar” “Kəpəz”ə çatıb. “Bakı” 3, “Kür-Nur”la “Şəmkir” hərəyə 2 dəfə finalda oynayıbsa, digər komandalar bir dəfə həlledici qarşılaşmada iştirak hüququ qazanıb. Bunlar “İnşaatçı” (Bakı), “İnşaatçı” (Sabirabad), “Şəfa”, “Xəzər” (Lənkəran), “Karvan”, “Xəzri” və “MKT-Araz”dır.
İlk dəfə finala yüksələn “Sumqayıt” kimi 4-cü dəfə həlledici görüşə vəsiqə qazanan “Qəbələ” də heç vaxt kuboku qazanmayıb. Bu isə o deməkdir ki, turnirin yeni qalibi olacaq. İndiyədək 8 komanda titula yiyələndiyindən bu klub kubokun 9-cu sahibi kimi tarixə düşəcək. “Neftçi” və “Qarabağ” hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”la “Bakı” hərəyə 3, Bakı “İnşaatçı”sı, “Şəfa” və “Keşlə” hərəyə bir dəfə mükafatı başı üzərinə qaldırıb.
Tarix
|
qalib
|
Finalçı
|
hesab
|
1992
|
“İnşaatçı” (Bakı)
|
“Kür” (Mingəçevir)
|
2:1, əlavə vaxtda
|
1993
|
“Qarabağ” (Ağdam)
|
“İnşaatçı” (Sabirabad)
|
1:0, əlavə vaxtda
|
1993/94
|
“Kəpəz” (Gəncə)
|
“Xəzər” (Lənkəran)
|
2:0
|
1994/95
|
“Neftçi” (Bakı)
|
“Kür” (Mingəçevir)
|
1:0
|
1995/96
|
“Neftçi” (Bakı)
|
“Qarabağ” (Ağdam)
|
3:0
|
1996/97
|
“Kəpəz” (Gəncə)
|
“Xəzri” (Bakı)
|
1:0
|
1997/98
|
“Kəpəz” (Gəncə)
|
“Qarabağ” (Ağdam)
|
2:0
|
1998/99
|
“Neftçi” (Bakı)
|
“Şəmkir”
|
0:0, pen 5:3
|
1999/2000
|
“Kəpəz” (Gəncə)
|
“Qarabağ” (Ağdam)
|
2:1
|
2000/01
|
“Şəfa” (Bakı)
|
“Neftçi” (Bakı)
|
2:1
|
2001/02
|
yarımçıq qalıb
|
|
|
2002/03
|
keçirilməyib
|
|
|
2003/04
|
“Neftçi” (Bakı)
|
“Şəmkir”
|
1:0, əlavə vaxtda
|
2004/05
|
“Bakı”
|
“İnter” (Bakı)
|
2:1, əlavə vaxtda
|
2005/06
|
“Qarabağ” (Ağdam)
|
“Karvan” (Yevlax)
|
2:1
|
2006/07
|
“Xəzər-Lənkəran”
|
“MKT-Araz” (İmişli)
|
1:0
|
2007/08
|
“Xəzər-Lənkəran”
|
“İnter” (Bakı)
|
2:0, əlavə vaxtda
|
2008/09
|
“Qarabağ” (Ağdam)
|
"İnter" Bakı
|
1:0
|
2009/10
|
“Bakı”
|
“Xəzər-Lənkəran”
|
2:1, əlavə vaxtda
|
2010/11
|
“Xəzər-Lənkəran”
|
“İnter” (Bakı)
|
1:1, pen 4:2
|
2011/12
|
“Bakı”
|
“Neftçi” (Bakı)
|
2:0
|
2012/13
|
“Neftçi” (Bakı)
|
“Xəzər-Lənkəran”
|
0:0, pen 5:3
|
2013/14
|
“Neftçi” (Bakı)
|
"Qəbələ"
|
1:1, pen.3:2
|
2014/15
|
“Qarabağ” (Ağdam)
|
“Neftçi” (Bakı)
|
3:1
|
2015/16
|
“Qarabağ” (Ağdam)
|
“Neftçi” (Bakı)
|
1:0, əlavə vaxtda
|
2016/17
|
“Qarabağ” (Ağdam)
|
"Qəbələ"
|
2:0
|
2017/18
|
"Keşlə" (Bakı)
|
"Qəbələ"
|
1:0
|
|