Azərbaycan Kubokunda finalçılar məlum oldu. Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edən “Qarabağ” 2-1 hesabı ilə qalib gəlsə də, səfərdə vurulan qolun hesabına “qırmızı-qaralar” ardıcıl 3-cü dəfə həlledici görüşə vəsiqə əldə etdi. Turnirdəki yeganə Bakı təmsilçisi “Zirə”ylə doğma meydanda 0-0 edən “Sumqayıt” səfərdə Peyman Babayinin het-triki sayəsində rəqibiylə 3-3 heç-heçə etdi və tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəldi. Beləliklə, mayın 19-da Naxçıvanda keçiriləcək final görüşündə “Qəbələ” və “Sumqayıt” üz-üzə gələcək.
|