“Keşlə” klubunun Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi məktubda Topaz Premyer Liqasının XXVII turunun “Keşlə”– “Zirə” matçının keçiriləcəyi stadionda işıqlandırma sistemində baş verə biləcək nasazıqlar səbəbindən görüşün başlanma saatının 20:00-dan 17:00-a keçirilməsi xahiş olunub. Bütün bunları və “Zirə” klubunun razılığını rəhbər tutan PFL Topaz Premyer Liqasının XXVII turunun “Keşlə”– “Zirə” matçının başlanma vaxtının 20:00-dan 17:00-a keçirilməsinə qərar verib.
|