İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Azərbaycan Kubokunun ½ final mərhələsinin “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Azərbaycan Kubokunun ½ final mərhələsinin “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra "Sumqayıt" klubunun mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunur (maddə 50). Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu cəza gözləyir.
Topaz Premyer Liqasının XXVI turunun “Sabah” – “Keşlə” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun futbolçusu Edvinas Girdvainis stadionun koridorunun pəncərəsini əli ilə sındırıb. Stadiona dəymiş ziyan “Sabah” klubunun təqdim edəcəyi hesabat əsasında “Keşlə” klubu tərəfindən ödənilsin (maddə 50.2).
Topaz Premyer Liqasının XXVI turunun “Zirə” – “Qarabağ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXVI turunun “Səbail” – “Qəbələ” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
I Divizionun XXIV turunun “Ağsu” – “Sabah-2” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 27-ci dəqiqəsində “Sabah-2” klubunun 88 №-li futbolçusu Elçin Əsədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).
“Sumqayıt-2” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz” klubunun 19 №-li futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|