Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 21.03.2019-cu il tarixində səfərdə Xorvatiya milli komandası ilə qarşılaşacaq. 25.03.2019-cu il tarixində isə Bakıda millimiz Litva komandasını qəbul edəcək. Bu vacib oyunlara daha səmərəli hazırlaşmaq məqsədi ilə AFFA-dan PFL-ə daxil olan rəsmi müraciətdə millimizin 16.03.2019 tarixində təlim-məşq toplanışına başlamaq istəyi öz əksini tapıb. Qeyd olunan tarixdə təqvim üzrə Premyer Liqanın XXI turu çərçivəsində “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçları keçirilməsi nəzərdə tutulmuşdur. Milli komandamızın qarşıdakı oyunlara daha səmərəli hazırlaşması üçün PFL XXI turun oyunlarında dəyişiklik edib. Belə ki, Premyer Liqanın XXI turu çərçivəsində “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçları 15.03.2019 tarixinə keçirilib.
|