İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının XVII turunun “Səbail” – “Sabah” matçı meydan sahibi “Səbail” klubunun səhlənkarlığı səbəbindən 1-ci hissə 3, 2-ci hissə 9 dəqiqə gec başladığına görə “Səbail” klubu 2400 manat cərimə olunur (maddə 53.3).
I divizionun XV turunun “MOİK” – “Turan Tovuz” matçında xərək daşıyan uşaqların olmamasına görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 67.2).
I divizionun XV turunun “Ağsu” – “Şüvəlan” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 88-ci dəqiqəsində “Şüvəlan” klubunun 22 №-li futbolçusu Kamran Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). “Şüvəlan” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunur (maddə 55).
I divizionun XV turunun “Səbail-2” – “Sumqayıt-2” matçında “Səbail-2” klubunun 4 və “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40). “Sumqayıt-2” klubu oyun öncəsi iclasa 7 dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə olunur (maddə 65).
I divizionun XV turunun “Zaqatala” – “Sabah-2” matçının 79-cu dəqiqəsində “Sabah-2” klubunun 31 №-li futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3). Oyunun 89-cu dəqiqəsində “Zaqatala” klubunun 20 №-li futbolçusu Elvin Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I divizionun XV turunun “Neftçi-2” – “Kəpəz” matçında “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Topdaşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 67.3).
|