İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunu olan “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun 21 №-li futbolçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunu olan “Sabah” – “Qəbələ” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 83-cü dəqiqəsində “Sabah” klubunun 15 №-li futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunu olan “Keşlə” – “Qarabağ” matçında “Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 89-cu dəqiqəsində “Qarabağ” klubunun 52 №-li futbolçusu Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyun başa çatdıqdan sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
|