Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. Bu mərhələdə yalnız Topaz Premyer Liqası təmsilçiləri mübarizə aparacaq. Üz-üzə gələcək cütlərdən birindəki rəqiblər əvvəllər də qarşılaşıb. Digər cütlər ilk dəfə kubokda görüşəcək. Peşəkar Futbol Liqası cütlərin əvvəlki oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku 1/4 final 15-19 dekabr
7. “Neftçi” – “Sumqayıt” – indiyədək qarşılaşmayıblar
8. “Zirə” – “Səbail” – indiyədək qarşılaşmayıblar
16-20 dekabr
5. “Qəbələ” – “Sabah” – indiyədək qarşılaşmayıblar
6. “Qarabağ” – “Keşlə” – 7 oyun, +4=1-2, top fərqi 9-5
Komandaların kubokdakı yolları indiyədək 4 dəfə kəsişib. Bunların ikisində paytaxt təmsilçisi, ikisində Ağdam klubu dueldən qalib ayrılıb. Bu duellər çərçivəsində 7 matç baş tutub. Son 3 oyunda “Qarabağ” qol buraxmadan qələbə qazanıb.
2004/05
|
1/8 final
|
Qarabağ (Ağdam) - İnter (Bakı)
|
1:0, 0:2
|
2007/08
|
1/4 final
|
Qarabağ (Ağdam) - İnter (Bakı)
|
2:2, 0:1
|
2008/09
|
final
|
İnter (Bakı) - Qarabağ (Ağdam)
|
0:1
|
2015/16
|
1/2 final
|
İnter (Bakı) - Qarabağ (Ağdam)
|
0:4, 0:1
|
|