Topaz Premyer Liqası, XIV turun ən yaxşısı Danidir 2018-12-12
“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XIV turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır. “Zirə”yə qarşı görüşdə 60 dəqiqə meydanda olan ispan futbolçu het-triklə yadda qalıb. Araşdırmalara əsasən Dani Kintana turun ən yaxşı indeksə malik futbolçusudur.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.