Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Ağsu” – “Sabah”, “Kəpəz” – “Səbail”, “Qaradağ Lökbatan” - “Sumqayıt” oyunlarının başlanma vaxtında dəyişiklik edilib. Peşəkar Futbol Liqasının qərarına əsasən matçlar əvvəlcədən nəzərdə tutulduğu kimi 14:00-da deyil, 13:30-da başlanacaq. PFL matçın keçiriləcəyi stadionlarda süni işıqlandırma sistemi olmaması və hava şəraitini nəzərə alaraq bu addımı atıb. Mərhələnin “Şüvəlan” – “Keşlə” matçının başlanma vaxtı 17:00 saxlanılıb.
|