Topaz Premyer Liqası, turun ən yaxşısı Ozobiçdir 2018-11-13
“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XI turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Qarabağ”ın oyunçusu Filip Ozobiçdir. Keçmiş komandası “Qəbələ”yə qarşı görüşdə 90 dəqiqə meydanda olan xorvat yarımmüdafiəçi 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən Filip Ozobiç turun ən yaxşı indeksə malik futbolçusudur.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.