“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. Müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub. Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib: I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması 2 noyabr 2018-ci il saat 15:00 tarixində “Azersun Arena”da keçirilsin. Topaz Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” görüşü 3 noyabr 2018-ci il saat 19:00 tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.
|