İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar
qəbul edilmişdir:
Azərbaycan
Premyer Liqasının III turunun “İnter” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan
sonra “İnter” klubunun 18 №-li futbolçusu İlia Kandelaki, 28 №-li futbolçusu
Baçana Sxadadze və “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Elnur
Allahverdiyev aqressiv hərəkətə görə 2 oyunluq cəzalanır, “İnter” klub
4000 manat, “Xəzər Lənkəran” klubu 2000 manat cərimə olunur(maddə 38.1).
Oyun başa çatdıqdan sonra meydançada təhlükəsizlik təmin
olunmadığı üçün meydan sahibi klub 3000 manat cərimə olunur (maddə
49).
Hər iki klubunun futbolçuları tərəfindən analoji hadisənin
baş verəcəyi təqdirdə klublara qarşı daha ciddi saksiyalar tətbiq ediləcəkdir.
Azərbaycan
Premyer Liqasının III turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt”
klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə
olunur (maddə 40).
Oyunun 20-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li
futbolçusu Aftandil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 48).
Matçın 44-cü dəqiqəsində “Qarabağ” klubunun 2 №-li
futbolçusu Qara Qarayev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə
48).
Azərbaycan
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “Rəvan”
– “Bakı” matçının 75-ci dəqiqəsində “Bakı” klubunun 14 №-li futbolçusu
Azad Kərimov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə
48).
Oyunun 20-ci dəqiqəsində “Bakı” klubunun 11 №-li futbolçusu
Tural Qürbətovla “Rəvan” klubunun 21 №-li futbolçusu Orxan Orucov kobud oyuna
görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki
futbolçu 2 oyunluq cəzalanır, klublar 1000 manat cərimə olunur (maddə
37.1).
Oyun başa çatdıqdan sonra “Rəvan” klubunun baş məşqçisi
Elşad Quliyev hakimləri təhqir etdiyi üçün baş məşqçi 5 oyunluq cəzalanır, klub
2500 manat cərimə olunur(maddə 42.4).
|