Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünə yekun vuruldu. Bu münasibətlə Peşəkar Futbol Liqası tərəfindən “Azersun Arena”da mükafatlandırma mərasimi və möhtəşəm atəşfəşanlıq təşkil olundu. Mükafatlandırma mərasimi zamanı Topaz Premyer Liqasının çempionu “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Azersun Holdingin Müşahidə Şurasının sədri Abdulbari Goozal təqdim etdilər. Qeyd edək ki, bu, “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğudur. Peşəkar Futbol Liqası mükafatlandırma mərasimindən fotoları təqdim edir.
|